İstanbulda baş verən terror aktı Türkiyədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına zəmin yaradıb.
Teleqraf.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin baş naziri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, fövqəladə vəziyyətlə bağlı qərar bu həftə Türkiyə Böyük Millət Məclisinin iclasında müzakirə olunacaq.
Türkiyədə fövqəladə vəziyyət rejimi iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonra daha üç ay uzadılıb.