4 Yanvar 2017 15:21
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Prezident Külliyəsində keçirilən 33-cü muxtarlar toplantısında önəmli açıqlamalar verib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, prezident ölkənin istiqlal mübarizəsi içərisində olduğunu bu çıxışında da vurğulayıb: "Türkiyə bu gün istiqlal mübarizəsi içərisindədir. Bu mübarizəni udsaq, 2023-cü il hədəflərimizə də nail olacağıq, 2053-cü il və 2071-ci il fəaliyyətlərimizi də tərtib edəcəyik. Uduzsaq 100 il öncəki Sevr müqaviləsi dəzgahı yenidən qarşımızı gətiriləcək".

Prezidentin fikrincə, ölkə vətəndaşları, məsul insanlar baş verənlərə bu yöndən yanaşmalı, üslubunu, davranışını, sözünü bu mövqedən müəyyənləşdirməlidir.

Rəcəb Tayyib Ərdoğan Suriyada hərbi əməliyyatların davam edəcəyini bəyan edib: "Suriyada Əl-Bab əməliyyatını qısa müddətdə başa çatdıracaq bir tərtiblənmə aparıldı. İnşallah, məsələ çox yaxın vaxtda həll olunacaq. Dalıyca Münbic başda olmaqla terror təşkilatlarının yuva saldığı bütün bölgələri təmizləməkdə qərarlıyıq".


MAHİR


Müəllif:

Oxşar xəbərlər