Türkmənistanın ali təhsil müəssisələri tələbələrə, xüsusən qızlara yeni il tətilində uzaq bölgələrə gedib-gəlmək üçün yalnız təyyarədən istifadəyə icazə verir.
Teleqraf.com türkmən mediasına istinadla xəbər verir ki, tələbələr dərsə başlayanda abvibiletlərini təqdim etməlidirlər. Taksi və digər nəqliyyat növü ilə gediş-gəliş qadağandır. Qadağa xüsusilə qızlara aiddir.
Ali məktəblərin rəhbərliyi göstərişin yuxarılardan gəldiyini və ədəbsiz hadisələrin qarşısını almaq məqsədi daşıdığını deyir.
Qəribədir ki, bu qadağa şəraitində tələbələrin ailələrinə baş çəkməsi qeyri-mümkünə çevrilir. Çünki bütün istiqamətlərə təyyarə işləmir və çox vaxt biletləri bir həftə qabaqcadan sifariş vermək lazımdır.
Türkmənistanda tələbələr üçün ali məktəbə avtobildə gəlmək və bazar günləri yataqxananı icazəsiz tərk etmək kimi yasaqlar da var.
MAHİR