4 Yanvar 2017 20:25
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bıçaqlı fələstinlini zərərsizləşdirdikdən sonra güllələyərək öldürən İsrail əsgərinə hökm oxunub.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, 20 yaşlı çavuş Elor Azaria ötən ilin martında Hebronda zərəsizləşdirilmiş 21 yaşlı Abdul Fatah əl-Şərifi başından güllələyib.

Baş prokurorluq ittiham aktında bildirib ki, çavuş Azaria "əməliyyatların aparılma qaydalarını pozub, çünki terrorçu yaralanaraq yerdə uzanıb və təhlükə daşımayıb".

Azaria atəş açmazdan əvvəl yoldaşına deyib ki, fələstinli onun yaralı dostunu bıçaqladığına görə, "ölməyə layiq" olub.

İsrail müdafiə naziri Avigdor Lieberman vəzifəsinə 2016-cı ilin may ayında təyin olduğundan əvvəl çavuş Azarianı dəstəklədiyini bildirmişdi. Məhkəmənin qərarının "çətin" olduğunu etiraf edən nazir, müdafiə qurumlarının "əsgəri və ailəsini dəstəkləmək üçün əlindən gələni" edəcəyəklərini deyib.

Human Rights Watch insan hüquqları təşkilatının İsrail təbliğat şöbəsinin direktoru Sari Başi hökmün "İsrail əsgərlərinin fələstinlilərə qarşı həddindən artıq güc tətbiq etmələrinin qarşısını almaq üçün müsbət addım" olduğunu deyib.


Müəllif:

Oxşar xəbərlər