4 Yanvar 2017 22:52
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə Konstitusiyasına dəyişikliklər edilməsi məsələsi gündəmdədir. Ölkədə terror aktları törədilməsi fonunda bəziləri bu dəyişikliklərin əhəmiyyətini bizdən soruşur. Bütün bunlar tələdir. Bu gün ən böyük zərurət Konstitusiyaya dəyişikliklər edilməsidir".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin baş naziri Binali Yıldırım bildirib.

Baş nazir qeyd edib ki, referendumu zəruri edən bir sıra amillər var: “15 iyul hadisələri zamanı hökumətimiz zəif olsaydı, bir neçə il keçmişə qayıdardıq. Türkiyənin ətrafı bu gün "qaynar həlqə"ni xatırladır. Bu gün Türkiyə ətrafındakı alovu söndürməyə və ağır durumdan qalib kimi çıxmaq istəyir. Bunun üçün isə güclü hökumət lazımdır. Konstitusiya islahatları da bizə bunun üçün lazımdır".


Müəllif:

Oxşar xəbərlər