Türkiyənin Avropa İttifaqı üzrə nümayəndəsi Ömər Çelik Avropa ölkələrini terror təşkilatlarına qarşı ikili standartlarda ittiham edib.
Teleqraf.com xəbər verir ki, Ankara Türkiyədə baş verən terror aktlarına dəstək olaraq Türkiyə bayrağının Avropa ölkələrinin dövlət qurumlarının üzərinə asılmasından məmnundur. Lakin burada bir mübahisəli məqam var. Terror aktını İŞİD törədibsə bayraq asılır, PKK törədibsə bayraq asılmır".
Ömər Çelik İstanbulda yeni il gecəsi törədilən terror aktını xatırladaraq, terrorla mübarizənin vacibliyini qeyd edib: "Terrorla mübarizədə qətiyyət göstərməyib, demokratik dəyərləri müdafiə etmək olmaz".
Nazir həmçinin terrorizmlə mübarizədə prinsiplərinin vacibliyini vurğulayıb: "Türkiyə terrorla mübarizədən, demokratik dəyərlərdən, eləcə də hüquqi və dünyəvi dövlət ideallarından imtina etməyəcək".