İraqın paytaxtı Bağdadda terror hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, avtomobilə quraşdırılmış bombanın işə düşməsi nəticəsində azı 10 nəfər ölüb, 21 nəfər yaralanıb.
Hadisə Bağdadın Bab əl-Muazam rayonunda olub. Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.