ABŞ-ın hazırki vitse-prezidenti Co Bayden yeni seçilmiş prezident Donald Trampla bağlı fikirlərini bölüşüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, Trampa öz davranış modelini dəyişdirməyi və "böyüməyi" məsləhət görüb: "Böyüyün, Donald, böyüyün. Böyük olmaq vaxtıdır. Siz prezidentsiz, nə bacardığınızı göstərin!"
Bayden əlavə edib ki, Tramp administrasiyasının yeridəcəyi daxili və xarici siyasəti onu narahat edir.
Qeyd edək ki, Bayden 2016-cı ilin oktyabrında verdiyi açıqlamada Trampı əzişdirmək istədiyini demişdi.
Diplomat həmçinin, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara da münasibət bildirib. Onun sözlərinə görə, bu addım Rusiyanın ABŞ-dakı prezident seçkilərinə etdiyi kiberhücumlara cavabdır.
Samir