ABŞ-ın dövlət katibi Con Kerri dövlət qulluqçusu kimi karyerasına son verir.
Teleqraf.com xəbər verir ki, o, bu haqda Vaşinqtonda keçirdiyi mətbuat konfransında məlumat verib.
Kerri deyib: "Dövlət xidmətində karyeram sona çatdı".
73 yaşlı dövlət katibi 2013-cü ildən etibarən bu postu tutur və Barak Obama Administrasiyası ilə birlikdə yanvarın 20-də istefaya gedir. Kerri demək olar ki, 30 ildir Massaçusetsdən senator olub. 2004-cü ildə o, ABŞ prezidentliyinə namizədliyini irəli sürsə də, oğul Corc Buşa güzəştə gedib.
Nərgiz