Bolqarıstanda güclü qar fırtınası 2 nəfərin həyatına son qoyub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 400-ə yaxın yaşayış məntəqəsi elektrik enerjisi təchizatından məhrum olub.
Ölkənin şimal-şərq bölgəsində nəqliyyatın hərəkəti iflic olub. Qatarlar böyük fasilələrlə işləyir.
Sinoptiklər qeyr-sabit hava şəraitinin yanvarın 8-dək davam edəcəyini bildiriblər.