7 Yanvar 2017 12:11
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dövlət katibi Con Kerri ümid edir ki, ölkənin seçilmiş prezidenti Donald Trampın administrasiyası Rusiya ilə səmərəli qarşılıqlı əlaqə üçün yol tapmağı bacaracaq və mövcud mübahisəli məsələlərin öhdəsindən gələ biləcək.

Teleqraf.com-un məlumatına görə, dövlət katibi bunu Fox News telekanalına müsahibəsi zamanı bildirib.

Kerri qeyd edib ki, son illər ABŞ və Rusiyanın bəzi istiqamətlərdə birgə fəaliyyəti uğurlu olub: “Biz Suriyadan kimyəvi silahların çıxarılması sahəsində əməkdaşlıq edə bildik. Bizim Rusiya ilə İranın nüvə proqramı üzrə sazişin əldə edilməsində ciddi əməkdaşlığımız oldu və Rusiya razılaşmalara əməl etməyi müşahidə etmək istiqamətində öz üzərinə vacib öhdəliklər götürdü”.

Dövlət katibi, həmçinin bildirib ki, Moskva və Vaşinqtonun ekologiyanın qorunması sahəsində qarşılıqlı əlaqələri, habelə Şimali Koreyanın nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasında bu ölkəyə sanksiyalar tətbiq edilməsi ilə bağlı fəaliyyəti nəticələr verməkdədir:

“Hərçənd aydındır ki, Rusiyanın dünyaya baxışı ayrı cürdür və biz Qərb olaraq bunu aradan qaldırmağa çalışırıq. Bu isə dəf edilməsi çətin olan bir sıra problemlər yaradır”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər