"Prezident Vladimir Putinin ucbatından ABŞ və Rusiya münasibətləri qaydaya düşməyəcək".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Eşton Karter deyib.
Onun sözlərinə görə, Putin "narahatlıq yaratmaq" siyasətini uğurlu hesab edir.
Karter Moskvanın Suriya siyasətini də qiymətləndirib. O bildirib ki, Rusiya Suriyada İŞİD terrorçuları ilə mübarizə üçün heç nə etməyib: "Onlar Suriyanın hökumət qüvvələri ilə birlikdə müxaliflərə qarşı döyüşür. Yeni prezident administrasiyasını və yeni konqresi ABŞ-ın müttəfiqlərini "Rusiya müdaxiləsi"ndən qorumaq üçün həyata keçirilən proqramı maliyyələşdirməyə çağırıram".
Samir