8 Yanvar 2017 10:43
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti FETÖ lideri Fətullah Gülənin ekstradisiyası və müvəqqəti həbsi ilə bağlı indiyə qədər heç bir addım atmayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanıb ki, ABŞ Ədliyyə Nazirliyi Gülənlə bağlı göndərilən 4 müxtəlif ekstradisiya sənədi və 15 iyul dövlət çevrilişinə cəhdə görə müvəqqəti həbs tələbini aidiyyəti məhkəmələrə göndərməyib.

Xatırladaq ki, ötən ilin iyulunda rəsmi Ankara Vaşinqtondan 15 iyul dövlət çevrilişinə cəhdin təşkilatçısı Fətullah Gülənin ekstradisiyasını tələb edib. Bu məqsədlə Türkiyə Ədliyyə Nazirliyi müvafiq sənədləri ABŞ-a təqdim edib.

Məsələ ilə bağlı 22-23 avqust 2016-cı il tarixlərində ABŞ Ədliyyə Nazirliyinin nümayəndə heyəti Türkiyəyə səfər edib. Danışıqlar zamanı yeni dəlillər ABŞ rəsmilərinə təqdim olunub.


Müəllif:

Oxşar xəbərlər