Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində mülki vətəndaşların həlak olması barədə iddialara cavab verib.
Axar.az xəbər verir ki, TSQ-dan verilən açıqlamada yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi, yalan və böhtan xarakterli xəbərlərin məqsədli şəkildə ortaya atıldığı vurğulanıb.
TSQ qeyd edib ki, "Fərat qalxanı" əməliyyatında çox həssaslıqla yanaşıb, qarşıdurmalar zamanı mülki vətəndaşların zərər görməməsi üçün ciddi şəkildə tədbirlər görülüb.