8 Yanvar 2017 17:22
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “Volkswagen” şirkəti Çindən təxminən 50 min avtomobili əyləc sistemindəki qüsurlara görə geri çağırır.

Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatına görə, fevralın 6-dan başlayacaq proses çərçivəsində 2012-ci ilin iyulundan 2015-ci ilin aprelinədək olan dövrdə istehsal olunan “Beetle” və “Golf” modelləri geri çağırılacaq. Qüsurları istehsalçı şirkət təmənnasız aradan qaldıracaq.

“Volkswagen” qüsurlar aradan qaldırılmayanadək sürücülərə həmin nəqliyyat vasitələrinin “kruiz control” sistemindən istifadə etməməyi tövsiyə edib.


Müəllif:

Oxşar xəbərlər