Kanadada 5.8 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, zəlzələnin episentri Kornuollis adasından 86 km aralıda qeydə alınıb. Zəlzələnin ocağı 18,6 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və tələfat barədə hələ məlumat daxil olmayıb.