9 Yanvar 2017 10:55
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni il gecəsi Türkiyənin İstanbul şəhərində “Reina” gecə klubunda terror hadisəsi törədən şəxslə bağlı yeni məlumatlar ortaya çıxıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terroru törədən 28 yaşlı Yəhya Maşrapov hadisədən əvvəl silahının üzərindəki kodu silib və olay zamanı barmaq izi buraxmamağa çalışıb.

Ancaq terrorçunun kimliyi saçı və qan izlərinin analizləri zamanı aydınlaşıb.

Qeyd edək ki, ümumilikdə hadisə zamanı 700 adamın olduğu klubda 16 nəfər əcnəbi olmaqla 39 nəfər öldürülüb, 69 nəfər yaralanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər