BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin üzvü Xanı Abdulvahab türkmən nümayəndələrinə onları çətinə salan sual ünvanlayıb.
Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, Xanı Abdulvahab rəsmi nümayəndə heyətindən soruşub: "Əgər sizin ölkənizdə hər şey qaydasındadırsa, nə üçün BMT-də 15 min 190 nəfər Türkmənistan vətəndaşı qaçqın kimi qeydiyyatdan keçib? Axı, sizin ölkədə nə müharibə gedir, nə də texnogen fəlakət yaşanır..."
BMT-nin qaçqınlar üzrə ali komissarlıq idarəsi bildirir ki, qurumun Türkiyədəki ofisinə 340, Almaniyadakı ofisinə isə 720 türkmən müraciət edib.
2016-cı ildə Rusiyanın Aşqabaddakı konsulluğunda 25 min Türkmənistan vətəndaşı köçkün statusu alıb. Onların böyük əksəriyyəti köklü Türkmənistan sakinləri - türkmən və ya özbəkdir.
MAHİR