"ABŞ-ın əvvəllər buraxdığı səhvləri təkrar etməyəcəyinə inanırıq".
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 9-cu Səfirlər Konfransında çıxışı zamanı deyib:
"İki gözləntimiz var. Birincisi ABŞ Fətullahçı Terror Təşkilatının rəhbəri Fətullah Güləni tez bir zamanda ekstradisiya edəcək. İkincisi PKK terror təşkilatının qolu olan YPG-ni dəstəkləməkdən vaz keçəcək".
Çavuşoğlu əlavə edib ki, Türkiyə PKK-nın İraqın Qəndil bölgəsində hərbi baza qurmasına biganə qalmayacaq.
Samir