ABŞ tanklarının ilk hissəsi Polşaya çatıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Amerika mediası məlumat yayıb.
Ötən həftə ABŞ-ın yüzlərlə tankı və hərbi texnikası Almaniyanın Bremerhafen limanına gətirilib. Burada əsas məqsəd NATO-ya üzv ölkələrin şərq hissəsini Rusiya təcavüzündən qorumaqdan ibarətdir.
Tanklar buradan Litva, Latviya, Estoniya, Bolqarıstan və Macarıstana çatdırılacaq. Bundan başqa, Britaniya, Almaniya və Kanada da Estoniya, Latviya, Litva və Polşaya 4 min nəfərlik 4 tabor göndərəcək.
Yayılan məlumatlara görə, ABŞ 4-cü piyada alayının 3500 hərbçisini Kolorado ştatının Fort Karson hərbi bazasından Almaniyaya yola salacaq.
Samir