10 Yanvar 2017 11:44
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusunun 2011-ci ildə İraqı tərk etməsi İŞİD terror qruplaşmasının formalaşmasına və güclənməsinə səbəb olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan deyib:

"Bizim İraqda olmamağımız İŞİD terrorçularının güclənməsi ilə nəticələnib və yerli qüvvələrə kömək edə bilməmişik. Əgər o vaxt biz İŞİD ilə bağlı indiki biliklərə sahib olsaydıq, İraqı tərk etməzdik. Onda vəziyyət tamam başqa cür olardı".

Qeyd edək ki, 2009-cu ildə prezident seçilən Barak Obamanın qərarı ilə ABŞ ordusu İraqdan çıxarılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər