Türkiyə və ABŞ Suriyanın əl-Bab bölgəsində əməliyyatlarla bağlı razılığa gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatlarına görə, Rusiya ilə münasibətləri yaxşılaşdırdıqdan sonra Türkiyə ABŞ qırıcılarının əl-Bab üzərindən uçuşuna qadağa qoymuşdu. Rusiyanın dəstəyi ilə əməliyyatlarda uğurlar qazanan Türkiyə bölgədəki türk əsgərlərinə edilən hücumlarda Suriya ordusunu ittiham edib.
Vaşinqtonun müraciətini dəyərləndirən türk tərəfi ABŞ pilotsuz aparatlarının əl-Bab üzərindən uçuşuna icazə verib.
Samir