Cənubi Koreya rəhbərliyi ABŞ və Yaponiyanın Şimali Koreyanın hərəkətlərinə cavab olaraq, birgə hərbi təlimlər keçirmək təklifini rədd edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ötən ilin noyabrında Cənubi Koreya və Yaponiya rəhbərliyi gizli hərbi informasiyaların mübadiləsi ilə bağlı razlığa gəliblər, bununla əlaqədar dekabrda isə birgə hərbi təlimlərin keçirilməsi təklifi irəli sürülüb.
Seuldan verilən açıqlamada bildirilib ki, təklifin rədd edilməsinə səbəb ölkə prezidenti Pak Kın Xenin impiçmenti ilə bağlı qalmaqaldır. Məhz o, bu təklifi dəstəkləyib və hazırda Xenin dəstəklədiyi bütün fikirlər şübhə ilə qarşılanır.
Qeyd edək ki, bir müddət öncə yayılan məlumatlarda ABŞ və Cənubi Koreyanın Şimali Koreya lideri Kim Çen Inın öldürülməsi üçün xüsusi dəstə yaradacağı iddia edilirdi.
Samir