Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov Aşqabadda ippodroma gedib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə ölkənin rəsmi dövlət agentliyi məlumat yayıb.
Prezident ippodromda Axaltəkin cinsindən olan təzə doğulmuş quluna baş çəkib. O, erkək quluna "Gümrah" ("Ruhubələnd") adı verib.
2017-ci il Türkmənistanda "Sağlamlıq və gümrahlıq" ili elan olunub.
Maraqlıdır ki, bu ölkədə 2001-ci ildə təsis olunmuş eyni adlı ali dövlət ordeni də var. Hər il prezident "Ruhubələnd" ordeni ilə bağlı təltif sərəncamını 27 oktyabr ölkənin müstəqilliyi günündə imzalayır.
Ordenin pul ekvivalenti 1000 ABŞ dollarıdır.
MAHİR