11 Yanvar 2017 13:12
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Çikaqodakı vida çıxışı zamanı maraqlı açıqlamalar verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, ABŞ-ın hazırda prezident seçildiyi günlə müqayisədə daha güclü olduğunu bildirib.

Obama çıxışında Rusiya və Çini ABŞ-ın rəqibi adlandırıb. Onun sözlərinə görə, Moskva və Pekinin beynəlxalq arenaya təsiri Amerika ilə müqayisə oluna bilməz: "Rusiya və Çin kimi rəqiblərimizin dünyaya təsiri bizimki ilə müqayisə oluna bilməz. Biz özümüzdən zəif qonşularımızın torpaqlarına soxulmuruq".

Amerikalı lider ABŞ və dünyada demokratik dəyərlərin zəifləməsi ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, bu, vətəndaş və beynəlxalq müharibəyə səbəb ola bilər.

Bundan başqa, Obama bəyan edib ki, beynəxalq aləmə minalanmış avtomobil və ya raketdən daha çox İslam adından çıxış edən fanatiklər təhlükə törədir.

Çıxışı zamanı Obamanın Yaxın Şərq, xüsusən də Suriya böhranına toxunmaması diqqətdən yayınmayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər