Mərakeşdə çadra istehsalı və satışı qadağan edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Mərakeş Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, mağazalar 48 saat ərzində bu qərardan irəli gələn tələbləri həyata keçirməlidir. Əks halda mağaza sahibləri cərimələnəcək və malları müsadirə ediləcək.
Qərar ölkəni iki hissəyə bölüb. Radikal dindarlar bunun qəbuledilməz olduğunu bildirilblər.
Samir