Daxili toqquşmaların davam etdiyi zamanda İraq yeni nüvə proqramının icrasına başlayır.
Teleqraf.com "Yeni Şafak" qəzetinə istinadən xəbər verir ki, bununla bağlı İraq prezidenti Fuad Masum yazılı açıqlama verib.
Onun sözlərinə görə, atom enerjisinin dinc məqsədlər üçün sənaye, kənd təsərrüfatı və səhiyyə sahələrində istifadəsi, elektrik enerjisinin istehsalı, su mənbələrinin istifadəsi, nüvə texnologiyasının inkişafının yaxından izlənməsi üçün Atom Enerji Qurumunun yenidən canlandırılmasına yönələn qanun layihəsi qəbul edilib.
Digər tərəfdən İraq Atom Enerjisi Ali komitəsinin rəhbəri Fual əl-Musəvi bu təşkilatın qurulmasının İraq üçün vacib addım olmasını qeyd edib.
Samir