Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni Mindia Qoqoçuri Tiflisdə hücuma məruz qalıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, naməlum şəxslər Qoqoçuriyə bıçaqla xəsarət yetirib. Hadisə yerinə dərhal təhlükəsizlik işçiləri çağırılıb.
Olayın səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalara başlanıb.
Prezidentin kürəkəni Minda Qoqoçuri 2016-ci ilin iyulunda Marqvelaşvilinin bəyanatından sonra prokurorluğa çağırılıb. Həmin bəyanatda Gürcüstan prezidenti onun ailəsinə qarşı təzyiqlərin olduğunu bildirib. Prokurorluq bu iş üzrə prezidentin kürəkənini və onun dostui Mixail Tataraşvilini dindirib.
Samir