Antalya polisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəsinin sabiq rəisi Maqsud Karalı saxlayıb.
Teleqraf.com-un Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, o, dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatı ilə əlaqədə olmaqda şübhəli bilinir.
M.Karal ötən ilin dekabrında qanunsuz qızıl hasilatı ilə bağlı saxlanılsa da, sonradan sərbəst buraxılmışdı.