Gecə saatlarında Suriyanın paytaxtı Dəməşqin əl-Mezza hərbi aeroportu bombalanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücumun İsrail qırıcıları tərəfindən törədildiyi bildirilib. Olay zamanı ölən və ya xəsarət alan olmayıb.
Hadisədən dərhal sonra Suriya rəhbərliyi İsrailin hücumlarına qarşı cavab tədbirlərinin görüləcəyini açıqlayıb.
Qeyd edilib ki, raketlər İsrailin Tiberias gölü yaxınlığından buraxılıb. Rəsmi Dəməşqin fikrincə, İsrail bu hücumları ilə terrorçulara dəstək verir.
Samir