13 Yanvar 2017 11:40
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın sabiq milli iqtisadiyyat naziri Kuandık Bişimbayev həbs olunub.

Teleqraf.com xari mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin korrupsiyaya qarşı milli bürosu məlumat yayıb.


Yanvarın 12-də haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilən sabiq nazir dəfələrlə rüşvət almaqda ittiham olunur.

Ötən il dekabrın 28-də vəzifəsindən azad olunan Kuandık Bişimbayevin istintaqa cəlb olunması xəbərini iki gün sonra prezident Nursultan Nazarbayev çıxışında bildirib.

Dövlət başçısı Kuandık Bişimbayevin "Bayterk" holdinqi ətrafında aparılan cinayət işi ilə bağlı vəzifədən azad olunduğunu bəyan edib.

MAHİR


Müəllif:

Oxşar xəbərlər