ABŞ-ın sabiq prezidenti Corc Buşun qızları Barbara və Cenna bu günlərdə səlahiyyətləri başa çatacaq Barak Obamanın övladları Maliya və Saşaya məktub yazıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Time" qəzeti məlumat yayıb.
Barbara və Cenna Obamanın qızlarına Ağ Evdə çalışan şəxsləri unutmamağı tövsiyə ediblər: "Maliya və Saşa, biz 8 il öncə sizinlə Ağ Evin qapısı qarşısında görüşdük. Sizin gözlərinizdə sevinclə yanaşı, narahatlıq gördük. Bu müddətdə siz çox işlər gördüz. Biz sizdə özümüzü gördük. İndi artıq məşhur valideynlərinizin kölgəsindən çıxmaq zamanıdır, öz təcrübənizdən istifadə edin!
Yaxın vaxtlarda "sabiq birinci uşaqlar" klubuna üzv olacaqsız. Görüşdüyünüz insanlardan götürdüyünüz dərsləri unutmayın!"
Samir