14 Yanvar 2017 09:15
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Obama administrasiyası tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlayacağını bəyan edib.


APA-nın xəbərinə görə, D.Tramp bu barədə “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib.


Eyni zamanda D.Tramp qeyd edib ki, Rusiya terrorçuluqla mübarizə və digər sahələrdə özünü müsbət tərəfdən göstərdiyi təqdirdə sanksiyalara lüzum qalmayacaq.


ABŞ-ın yeni seçilən prezidenti yanvarın 20-də keçiriləcək inauqurasiya mərasimindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər