Yanvarın 20-dən ABŞ prezidenti səlahiyyətlərini prezident Barak Obamadan alacaq Donald Tramp Rusiya və Çin siyasəti haqqında açıqlama verib.
Teleqraf.com xəbər verir ki, bu haqda Donald Tramp Wall Street Journal qəzetinə müsahibəsində bildirib.
Prezident səlahiyyətlərini aldıqdan sonra ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların bir müddət davam edəcəyini vurğulayan Tramp Moskva ilə yaxşı əlaqələr qurularsa, sanksiyaları dayandıra biləcəyini dilə gətirib: “Rusiya bizə həqiqətən köməkçi olarsa sanksiyalar məsələsi həll edilər”.
Bundan başqa, Donald Tramp inauqurasiya mərasimindən sonra Rusiya prezidenti Vladimir Putinlə görüşə açıq olduğunu deyib. O, ABŞ-ın illələ sadiq qalaraq icra etdiyi “Tək Çin” siyasəti haqqında da danışıb. Prezident deyib ki, bu məsələ müzakirə ediləcək.
Xatırladaq ki, ABŞ-ın illərdir icra etdiyi “Tək Çin” siyasətinə görə, ABŞ müstəqilliyinin tanınmasını istəyən Tayvanı Çin dövlətinin bir parçası olaraq qəbul edir.
Cavad