“ABŞ yanvarın 22-də Astanada Suriya ilə bağlı keçiriləcək toplantıya qatılmayacaq. Bu tədbirdə iştirakla bağlı nə Türkiyədən, nə də Rusiyadan dəvət almışıq”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözcüsü Mark Toner deyib.
Mark Toner Astana görüşündə ABŞ-ın bir rolunun olacağını bilmədiyini deyib: “Bu görüşün təşkilatçıları Rusiya və Türkiyədir. Biz həmin tədbirdə iştiraka dəvət almamışıq. Dövlət katibi Suriya mövzusunda həm Rusiya, həm də Türkiyədə olan həmkarları ilə müzakirələr aparır. Ancaq biz Astana görüşünü təşkil edən tərəf deyilik”.
Xatırladaq ki, Türkiyə prezidenti R.T.Ərdoğanın mətbuat katibi İbrahim Kalın elan etmişdi ki, 22 yanvarda Suriya mövzusuna dair Astanada təşkil ediləcək tədbirə ABŞ-dan da rəsmi nümayəndə qatılacaq.
Cavad