Türkiyənin Kayseri şəhərində Mustafa Kamal Atatürkün evinin yaxınlığında bomba qoyulduğu haqda yerli sakinlər polisə xəbər verib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, yerli sakinlər Atatürk evinin yaxınlığında narıncı rəngdə qaz balonu aşkar ediblər və bundan dərhal sonra polisə məlumat verilib.
Qeyd edək ki, Atatürkün evi Kayserinin Cümhuriyyət prospektində yerləşən 3 mərtəbəli qəsrdən ibarətdir.
Polis bomba xəbəri aldıqdan sonra dərhal hadisə yerinə gəlib, ərazidə ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib.
Bomba mütəxəssisinin apardığı incələmədən sonra bəlli olub ki, şübhəli obyekt bomba deyil, sadəcə olaraq kimsə qaz balonunu istifadə etdikdən sonra Atatürk qəsrinin yaxınlığında küçəyə qoyub.
Cavad