“Soros” Fondunun rəhbəri, milyarder n Corc Soros Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra 1 milyard dollar itirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu mövzunu yaxından izləyən “Wall Street Journal”da verilən xəbərə görə, Trampın qələbəsinin ardınca Sorosun mövqeləri zərər verməyə başlayıb. Belə ki, Dow Jones Sənaye indeksi seçkilərdən bu yana yüzdə 10 civarında dəyər qazanıb.
Respublikaçıları daima tənqid edən Hillari Klintionun seçki kampaniyasına ən böyük dəstək verənlərdən biri olan Corc Soros dünyanın varlı adamları siyahısına daxildir. Forbes-in məlumatına görə, onun varidatı 25 milyard dollardır.
Cavad