MHP-çi millət vəkili Saffet Sancaqlının həyat yoldaşı intihar edib.
Axar.az xəbər verir ki, S.Sancaqlının xanımı Hülya Sancaqlı silahdan özünə atəş açıb.
H.Sancaqlı özəl təyyarə ilə xəstəxanaya aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Türkiyə Baş naziri Binəli Yıldırım MHP millət vəkilinə zəng edərək "keçmiş olsun" diləklərini çatdırıb.
Qeyd edilir ki, S.Sancaqlı İstanbula yoldaşının gətirilməsi üçün helikopter tapa bilmədiyi üçün B.Yıldırımın təyyarəsindən istifadə edib.