15 Yanvar 2017 13:12
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə silahlı Qüvvələri Suriyanın şimalında “Fərat qalxanı” hərəkatı çərçivəsində əməliyyatları davam etdirir.

Teleqraf.com "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyatların 145-ci günündə türk qırıcıları İŞİD terror qruplaşmasının Suriyadakı 198 hədəfini vurub. Eyni zamanda, 9 terrorçunun zərərsizlədirildiyi bildirilir.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən “Azad Suriya Ordusu”nun döyüşçüləri ilə birlikdə “Fərat qalxanı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Suriyanın Türkiyə ilə sərhəd regionunu terrorçulardan təmizləmək və qaçqınların geri qayıtması üçün orada de-fakto təhlükəsiz zona yaratmaqdır.


Müəllif:

Oxşar xəbərlər