Türkiyə şirkətinə məxsus Boeing 747 yük təyyarəsinin Qırğızıstanın paytaxtı Bişkekdə qəzaya uğraması nəticəsində ölü sayı 37-ə çatıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 6-sı azyaşlı olmaqla 11 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara çatdırılıb.
Hadisə yerinə Qırğızıstanın baş naziri Sooronbay Jeenbekov, Nəqliyyat Nazirliyinin nümayəndələri gəliblər. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, enişə ilk cəhd zamanı təyyarənin təkərləri sürüşüb və pilotlar ikinci dəfə eniş etmək qərarına gəliblər. Bu zaman təyyarə yaşayış evlərinə çırpılıb. Təyyarənin ilk cəhd zamanı sürüşmə səbəbləri aparılan araşdırmalardan sonra aydınlaşacaq.
Qəza ilə əlaqədar Qırğıstanda xüsusi komissiya yaradılıb. Ölkədə bütün əyləncəli verilişlər təxirə salınıb.
Bu arada, "Turkish Airlines" şirkəti təyyarənin onlara məxsus olmadığını açıqlayıb. Bununla bağlı Türkiyənin Rusiyadakı səfərinin müşaviri Orxan Qaziqil məlumat verib.
Onun sözlərinə görə, Bişkekdə qəzaya uğrayan təyyarə Türkiyənin özəl şirkətlərindən birinə məxsus olub.
Saat 09:02
Qırğızıstanın paytaxtı Bişkekdə Turkish Airlines şirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb.
Teleqraf.com xaricie mediaya istinadən xəbər verir ki, hadisə təyarənin qəza enişi etdiyi zaman baş verib. Yük təyyarəsi "Manas" hava limanın yaxınlığında olan 15 yaşayış binasına zərər verib.
Qırğızıstanın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, qəza zamanı 32 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Xəsarət alanların bəzilərinin vəziyyətinin ağır olduğuna görə ölü sayının artacağı istisna edilmir.
Qəzaya pis hava şəraitinin səbəb olduğu ehtimal edilir.
Saat 07:40
Qırğızıstanın paytaxtı Bişkək yaxınlığında Türkiyənin “Türk Hava Yolları” (“Turkish Airlines”) aviaşirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb.
“Boeing 747” təyyarəsinin Honkonq-Bişkək marşrutu üzrə uçduğu bildirilir.
Samir