Qırğızıstan prezidenti Almazbek Atambayev Bişkek yaxınlığında Turkish Airlines şirkətinə məxsus yük təyyarəsinin qəzaya uğramasının araşdırılmasını tapşırıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Atambayev qəzada həlak olanların ailəsinə başsağlığı verib.
Qırğızıstan prezidenti həmçinin, hadisə nəticəsində ölən və yaralananların ailələrinə dərhal maddi yardım göstərilməsi, eləcə də yanvarın 17-nin ölkədə matəm elan edilməsi ilə bağlı göstəriş verib.
Bu arada, qəzadan sağ xilas olan təyyarənin ikinci pilotu xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Qeyd edək ki, bu gün səhər saatlarında baş verən hadisə zamanı Boeing 747-400 yük təyyarəsi yaşayış evlərinin üzərinə düşüb. Qəza zamanı 32 nəfər həlak olub.
Samir