Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova paytaxt Daşkənddə dindirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Gülnarənin isveçrəli vəkili Qrequar Manja açıqlama verib.
Onun sözlərinə görə, Kərimova İsveçrədəki korrupsiya qalmaqalı işi üzrə dindirilib. Dindirilmə prosesində yerli prokuroroluğun iki nümayəndəsi iştirak edib: "Yerli nümayəndələr dindirilmə zamanı bir neçə dəfə mənim işdən uzaqlaşdırılmamı tələb etsələr də, buna nail olmadılar. Hazırda mən işlə yaxından tanış oluram. Bildirmək istəyirəm ki, ev dustaqlığında olan Gülnarə Kərimova ilə beynəlxalq normalardan kənar davranılır. O, balaca otaqda saxlanılır və onun heç kimlə əlaqə qurmasına icazə verilmir".
Samir