Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.
Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, danışıq Lavrovun təşəbbüsü ilə baş tutub.
Məlumata görə, söhbət zamanı Suriyada və onun ətrafında vəziyyətin müzakirəsi davam etdirilib. Nazirlər Astanada keçiriləcək görüş ərəfəsində koordinasiya məsələlərinin zərurətini vurğulayıblar. Lavrov və Zərif həmçinin Rusiya-İran ikitərəfli əməkdaşlıq məsələlərinə toxunublar.