17 Yanvar 2017 12:19
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gecə saatlarında İstanbulda yaxalanan və "Reina" terrorunu törədən Abdulqadir Maşaripov əməlini etiraf edib".

Teleqraf.com "Haber 7"yə istinadən xəbər verir ki, bu sözləri İstanbul valisi Vasip Şahin deyib.

Onun sözlərinə görə, Maşaripov hücumu İŞİD adına etdiyini bildirib: "Əbu Muhammed əl Xorasani ləqəbli Abdulqadir Maşaripov 1983-cü ildə Özbəkistanda doğulub, Əfqanıstanda təhsil alıb. 4 dil bilir. 2016-cı ilin yanvarında Türkiyəyə gəlib.

Aparılan əməliyyat zamanı 7200 saatlıq kamera qeydləri izlənib, 2 min polis axtarışlara cəlb edilib. Axtarışlar Konya, Hatay və İzmirdə həyata keçirilib. Əməliyyat zamanı 152 mənzil yoxlanılıb, 50 nəfər saxlanılıb.

Terrorçunun gizləndiyi evdən 197 min dollar pul, 2 tapança, 2 dron və sim kart tapılıb".

Samir


Müəllif: