17 Yanvar 2017 14:57
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sarkisyana qarşı sui-qəsdə cəhd edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Ermənistanın "Joxovurd" qəzeti məlumat yayıb: "Bizdə olan məlumata görə, insidentdən sonra prezident sarayının mühafizəsi gücləndirib".

Prezident mühafizəsinin gücləndirilməsi ilə bağlı suala Ermənistan dövlət təhlükəsizlik xidmətinin rəhbəri Qraçya Arutyunyan cavab verib: "Biz öz işimizi görürük. Bu kiminsə xoşuna gəlməyə bilər".

Qəzetin məlumatımda deyilir: "Serj Sarkisyan yanvarın 5-də gözlənilmədən məzuniyyətə çıxıb. Adətən, prezident və hökumət üzvləri yanvarın 6-da Milad tədbirində iştirak edir. Bu il Sarkisyan ənənəni pozdu. Mənbənin məlumatına görə, onun gözlənilməz məzuniyyəti səhhəti ilə bağlıdır, ancaq onun bu addımı ilə təhlükədən qaçmaq niyyəti də istisna deyil".

Samir


Müəllif:

Oxşar xəbərlər