18 Yanvar 2017 15:08
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı məşhur ulduzların bəziləri yanvarın 20-də Nyu-Yorkda keçiriləcək ABŞ-ın seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasiminə qatılmayacaq.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onlar inauqurasiyanı etiraz aksiyalarına dəyişiblər.

Skarlet Yohanson, Keti Perri və Şer yanvarın 21-də Vaşinqtonda keçiriləcək Qadınların Marşına qoşulacaq. Oxşar yürüşlər bütün ölkə boyu keçiriləcək.

İnauqurasiya ilə eyni vaxtda ölkədə ailə planlaşdırılmasına və Amerika birliyində vətəndaş azadlığının müdafiəsinə dəstək mitinqi keçiriləcək. Mitinqdə Ceyn Fond, Ceymi li Ketris, Cadd Apatou iştirak edəcəklər.

Adətən inauqurasiya mərasimində məşhurlar prezidentə dəstək məqsədi ilə mahnı ifa edirlər. Məsələn, 2013-cü ildə Barak Obamanın and içmə mərasimində Kelli Klarkson və Beyons, 1993-cü ildə Bill Klintonun inauqurasiyasında isə Bob Dilan çıxış etmişdi. Yanvarın 20-də baş tutacaq tədbirdə isə kimlərin çıxış edəcəyi məlum deyil.

Qeyd edək ki, adı çəkilən məşhurlardan başqa, aktyorlar Alek Bolduin, Mark Rufallo və Rozi Peres, rejissor Makl Mur, Nyu-Yorkun meri Bill de Blazio etiraz aksiyalarına qatılacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər