18 Yanvar 2017 21:26
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraqın əlində olan informasiyalara görə, İŞİD çox sayda üzvü Türkiyəyə keçib, bir qismi də keçməyə hazırlaşır. Biz bu istiqamətdə Türkiyə tərəfinə bilgi vermişik”.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri İraqın Ankaradakı səfiri Hişam El-Alevi deyib. O, bildirib ki, bu mövzuda türk kəşfiyyat orqanlarına məlumat verilib.

Türkiyə baş naziri Binəli Yıldırımın Bağdada səfəri zamanı İraq və Türkiyə kəşfiyyat rəhbərlərinin bir araya gəldiyini, İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq etmək haqda razılıq əldə edildiyini vurğulayan səfir deyib ki, İŞİD ünsürləri Mosul, Telafer və digər bölgələrdən Türkiyəyə keçirlər: “Evlərini tərk etmək məcburiyyətində qalan İraq vətəndaşlarına İŞİD ünsürləri də qoşulub. Buna səbəb Mosul əməliyyatı olub. Bu şəxsləri aid etmək üçün əməkdaşlıq qurulmalıdır. Çünki onlar həm İraqın, həm də Türkiyənin milli maraqlarına təhdiddir”.

Cavad


Müəllif: