19 Yanvar 2017 20:25
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Suriyada “Fərat qalxanı” antiterror əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 18 silahlısını məhv edib.

Teleqraf.com "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunur ki, havadan endirilən zərbələr nəticəsində terrorçuların 182 istehkamı və sığınacaq yeri dağıdılıb.

Əməliyyatın 149-cu günü Suriyanın Suflaniyah və Kabr əl-Mukri bölgələrinin terrorçulardan təmizlənməsi istiqamətində döyüşlər davam edir.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb


Müəllif:

Oxşar xəbərlər