19 Yanvar 2017 21:10
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyıdə daha 95 hərbçi 15 iyul qiyam cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, prokurorluq 243 hərbçinin həbsinə order verib.

Təkcə İstanbulda 37, paytaxt Ankarada isə 49 nəfər saxlanıb.

Həmçinin İzmir, Konya, Qazientep, Mardin, Zonquldak, Osmaniyə, Samsun, Qars, Ərzurum, Rize, Adana, Klis, Şanlıurfa, Van və digər şəhərlərdə həbslər aparılıb.

Qeyd edək ki, açılan cinayət işinin əsas hədəfi Fətullah Güləni həbs etmək olsa da o, hazırda ABŞ-da yaşayır. Ankara Vaşinqtondan onun verilməsini istəyir.

Amma ABŞ onun ekstradasiyası üçün tutarlı sübutlar göstərilmədiyini deyir. 15 iyul qiyam cəhdindən sonra ölkədə 100 mindən çox adam saxlanıb və ya işdən kənarlaşdırılıb.


Müəllif:

Oxşar xəbərlər