Barak Obama axırıncı iş günündə son dəfə Amerika prezidenti kimi Almaniya kansleri Angela Merkelə zəng edib.
Axar.az xəbər verir ki, Obama telefon danışığı zamanı Merkelə dostluğuna və ABŞ-a verdiyi dəstəyinə görə təşəkkür edib. O, Merkeli prezidentliyi dövründə özünün beynəlxalq arenada ən etibarlı tərəfdaşı adlandırıb.
Qeyd edək ki, bu gündən etibarən ABŞ prezidenti vəzifəsini Donald Tramp icra edəcək.